Builki Avrasiya İqtisadi Zirvə Toplantısının mühüm rəmzi mənası var - Ölkə başçısı

14:33 14.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İnsan iradəsindən kənar baş verən təbii fəlakətlər fərdlərin, xalqların, dövlətlərin bir-birinin dəstəyinə, həmrəyliyinə nə qədər ehtiyacı olduğunu bir daha nümayiş etdirir.

Hafta.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciətində deyilir.

Dövlətimizin başçısı vurğulayıb ki, bu baxımdan “Güvənsizliyi bitir, işbirliyinə başla!” devizi altında keçirilən builki Avrasiya İqtisadi Zirvə Toplantısının mühüm rəmzi mənası var.