Burak Yılmaz istefa verdi

15:45 10.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Beşiktaş"da baş məşqçi səlahiyyətlərini yerinə yetirən Burak Yılmaz istefa verib.

Hafta.az xəbər verir ki, bu barədə klubun xidməti məlumat yayıb.

Burak Yılmaz UEFA Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunun "Budyo-Qlimt"ə (Norveç) uduzduqları (1:2) ev oyunundan sonra qərarını klub rəhbərliyinə bildirib. Onun istefası qəbul olunub.

Qeyd edək ki, Burak Yılmaz oktyabr ayında Şenol Güneşin istefasından sonra "Beşiktaş"da baş məşqçi vəzifəsini icra edirdi.