Bütün sosial ödənişlər YEKUNLAŞDI

11:41 25.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabr ayının bütün sosial ödənişləri başa çatıb.

Hafta.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Belə ki, oktyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiyaları, oktyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin oktyabr ayı üzrə pensiyaları, bu gün isə oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.