Yazını böyüt
Yazını kiçilt
Çeçenistanda hakimiyyət uğrunda mübarizə gözlənilir.
Hafta.azxəbər verir ki, bu barədə Britaniya qəzeti The Times yazır.
Bildirilir ki, bu çoxillik lider Ramzan Kadırovun xəstəliyi fonunda mümkündür.
Məlumata görə, Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. O, pankreonekroz (kəskin mədəaltı vəzi nekrozu) və böyrək problemlərindən əziyyət çəkir, nadir hallarda ictimaiyyət qarşısına çıxır və dializ alır.
Bu isə Kremlin nəzarəti qorumağa çalışdığı respublikada varis və mümkün hakimiyyət mübarizəsi ilə bağlı suallar doğurur.