Cəlilabadda qəza - ölən və yaralanan var

12:42 25.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Maşlıq kəndinin ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Mahir Nəzərov özünə məxsus "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sərnişinlər, 1980-cı il təvəllüdlü Səbuhi Ələmov və 2002-ci il təvəllüdlü Tural Kərimov müxtəlif bədən xəsarətləri ilə Cəlilabad rayon Diaqnostika Mərkəzinə çatdırılıblar. T.Kərimov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.