Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib

20:05 13.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərində baş verən partlayışla bağlı Türkiyəyə başsağlığı verib.

Hafta.az xəbər verir ki, XİN rəhbəri bu barədə özünün "Twitter" səhifəsində yazıb.

"İstanbul şəhərində İstiklal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində hayatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə başsağlığı bildirir, yaralılara şəfa diləyirik.

Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!", - deyə C.Bayramov bildirib.

Xatırladaq ki, İstanbulun mərkəzində İstiqlal küçəsində yerli vaxtla saat 16:20-də güclü partlayış baş verib. Partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər isə xəsarət alıb.

Siyasət rubrikasından digər xəbərlər