Çimərliklərdə suyunun temperaturu necə olacaq?

12:47 10.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, avqustun 11-də arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.