Çin dünyanın ən müasir buzqıran gəmisini istehsal etdi

14:26 16.01.2023
Yazını böyüt
Yazını kiçilt

Çinin buzqırma funksiyasına malik ilk böyük naviqasiya gəmisi olan “Haixun-156” bu gün Tianjin şəhərində rəsmi olaraq istifadəyə verilib.

Hafta.az-ın yazdığına görə, "Haixun-156" ölkənin ən böyük yerdəyişmə çəkisi və ən yüksək süni intellektə malik naviqasiya gəmisi sayılır. Bu inkişaf isə göstərir ki, ölkə Rusiyanın şimalından keçən Şimal keçid marşrutuna öz ağırlığını qoymaqda qərarlıdır.

Ümumi uzunluğu 74,9 metr, eni 14,3 metr, hündürlüyü 6,2 metr və çəkisi təxminən 2400 ton olan gəminin dizayn konsepsiyası ölkənin karbon emissiyasının zirvəsinə çatması və karbonun zərərsizləşdirilməsi strategiyasını əks etdirir.

Yerli texnologiya ilə hazırlanan “Haixun-156” adlı gəminin Çinin şimal limanlarındakı obyektlərin saxlanılması, suda fövqəladə axtarış-xilasetmə kimi vəzifələri yerinə yetirəcək, limanlarda hasilatı, enerji nəqlini və təchizatını təmin edəcək.

Siyasət rubrikasından digər xəbərlər