Çində daşqın zamanı fermadan qaçan 70-dən çox timsah axtarılır

09:10 13.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin mətbuatında yer alan xəbərlərə görə, ölkənin cənubundakı Quandun əyaləti güclü yağış və daşqınların təsiri altındadır.

Hafta.az-ın yazdığına görə, Quanqdonqun Maominq şəhərində bir ferma da su altında qalarkən, oradakı 70-dən çox timsah qaçıb. Bölgə rəhbərliyi timsahları tutmaq üçün əməliyyata başlasa da, yerli əhaliyə çölə çıxmamaq barədə xəbərdarlıq edilib.

Yerli mediada yer alan videolarda Penq Cun kəndi yaxınlığında ən azı 69 böyük və 6 körpə timsahı görmək olar.