Çoxmərtəbəli yaşayış binasında yanğın

10:42 28.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 76 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 m² sahədə mebel və 2 ədəd məişət texnikası yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.