Cüdoçularımız Avropa kubokunu 8 medalla başa vurub

23:29 08.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransada gənc cüdoçular arasında Avropa kuboku yarışını Azərbaycan komandası 8 medalla başa vurub.

Hafta.az xəbər verir ki, turnirdə Azərbaycanı oğlanlar arasında 16 idmançı təmsil edib. Yarışın ikinci günü komandamızın üzvləri üçün daha uğurlu olub. Belə ki, təmsilçilərimiz İsmayıl Zamanov (81 kq) və Vüqar Talıbov (90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Ömər Rəcəbli (81 kq), Ruslan Nəsirli (100 kq), Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, turnirin birinci günündə təmsilçilərimiz Turan Bayramov (60 kq), Vüsal Qələndərzadə (73 kq) yalnız finalda uduzaraq gümüş medala sahib olublar, Qasım Vəlizadə (66 kq) üçüncü yeri tutub.

Beləliklə, komandamız 2 qızıl, 2 gümüş, 4 bürünc medalla ümumi hesabda 4-cü yeri tutub.

İki gün davam edən turnirdə 15 ölkədən 300-dən çox idmançı mükafatlar uğrunda mübarizə aparıb.

Oxunma sayı 31