DİN valideyn və məzunlara müraciət edib

09:56 14.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi "Son zəng" tədbiri ilə bağlı valideyn və məzunlara müraciət edib.

Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, müraiciətdə deyilir:

"Hörmətli valideynlər! Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz. Hörmətli məzunlar! Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir".