Dağlıq ərazidə köməksiz qalan 5 nəfər xilas edilib

11:53 08.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəbələ rayonunun Laza kəndində dağlıq və meşəlik ərazidə 5 nəfər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, vətəndaşların olduğu dəqiq yer müəyyən olunduqdan sonra, nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.

Vətəndaşlar xilasedicilərin köməkliyi ilə təhlükəsiz əraziyə endirilib.