“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
İB-dən hafta.az-a bildirilib ki, növbəti həftə daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.
Aksiya iyunun 13-də saat 12:00-dan 13:00-dək Lerik rayonunun Davradibi kəndində (Züvüc, Qələbin və Veri-Əliabad kəndlərinin sakinləri də qatıla bilər), saat 15:00-dan 16:00-dək Yardımlı rayonunun Çaydüzü kəndində, iyunun 14-də saat 10:00-dan 11:00-dək Astara rayonunun Vənəşikəş kəndində, saat 13:00-dan 14:00-dək Masallı rayonunun Ninalov kəndində və iyunun 15-də isə saat 11:00-dan 12:00-dək İmişli rayonunun Hacıalmuradlı kəndində baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.