Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Hafta.az xəbər verir ki, o, təsnifat mərhələsində Simone Piroddu (İtaliya) üzərində inamlı qələbə qazanıb - 11:0. Daha sonra Süleyman Atlıya (Türkiyə) qalib gələn (6:0) Rzazadə yarımfinalda Vladimir Eqorovu (Şimali Makedoniya) 4:3 hesabı ilə üstələyib.
İndi Azərbaycan güləşçilərinin 4 Olimpiya lisenziyası var. Daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq), həmçinin yunan-Roma güləşçiləri Sənan Süleymanov (77 kq) və Xasrət Cəfərov (67 kq) bu lisenziyanı əldə edib.