Daha iki idmançımız qızıl medal qazandı

23:00 29.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında daha iki idmançımız qızıl medal qazanıb.

Hafta.az xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov final görüşündə İran pəhləvanını böyük xal fərqi ilə məğlub edərək dünya çempionu olub.

Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov həlledici döyüşdə türk rəqibindən üstün olub və ölkəmizə bu yarışda dördüncü qızıl medalı qazandırıb.

Oxunma sayı 180