Yazını böyüt
Yazını kiçilt
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat müddəti başa çatıb.
Hafta.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, qeydiyyat müddəti 13 yanvar saat 09:00-da başa çatıb. İmtahanda iştirak etmək üçün 478 nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı yanvarın 23-də keçiriləcək.