Dönərdən zəhərlənənlərin son DURUMU

12:15 16.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuzda dönərdən 21 nəfər zəhərlənib.

Hafta.az xəbər verir ki, bu haqda TƏBİB məlumat yayıb.

Məlumata görə, 14 -15 oktyabr 2024-cü il tarixlərində müxtəlif saatlarda ümumilikdə 21 nəfər olmaqla zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. 

"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb", - açıqlamada deyilir.