Doqquzmərtəbəli binada yanğın olub

18:19 29.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xətaidə doqquzmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.