Asiyada düyü qiymətləri tədarükün azalması ilə bağlı artan narahatlıqlar fonunda son 15 ilin ən yüksək səviyyəsinə yüksəlib. “Bloomberg” xəbər verir ki, bu barədə Tailand Düyü İxracatçıları Assosiasiyasının məlumatlarına istinadən məlumat yayıb.
Tayland ağ düyüsü 2008-ci ilin oktyabrından bəri ən yüksək səviyyəyə görə bir ton üçün 648 dollara yüksəlib.
Əsas çəltikçilik bölgəsində yağıntı normadan 40 faiz aşağı düşüb. Buna görə də, Tailand səlahiyyətliləri suya qənaət tədbirləri elan edib və fermerləri daha az məhsul əkməyə və ya bol suvarma tələb etməyən bitkilərin yetişdirilməsinə keçməyə çağırıb.
Hindistan isə basmati istisna olmaqla, əksər düyü növlərinin ixracını qadağan edib. Qadağa bu taxıl məhsulunun təqribən 80 faizinə təsir edib. Dünyanın ən böyük tədarükçüsü daxili bazarda qiymətləri aşağı salmaq üçün tədarükü məhdudlaşdırmağa davam etdi.