Əfqanıstan valyutası dünyanın ən çox bahalaşan pulu olub

11:00 27.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2023-cü ilin üçüncü rübündə dünyada ən yaxşı möhkəmlənən milli valyuta Əfqanıstan əfqanisi olub.

Hafta.az-ın "Refinitiv"ə istinadən yazdığına görə, əfqani iyulun 1-dən etibarən dollara nisbətdə 9 faiz dəyər qazanaraq onu qlobal reytinqlərdə birinci yerə çıxarıb və ən çox dəyər qazanan pul vahidinə çevrilib. Beləliklə, Əfqanıstan valyutası 2023-cü ilin əvvəlindən bəri 14 faiz dəyər qazanaraq, 2023-cü ildə Kolumbiya pesosu və Şri Lanka rupisindən sonra dünyanın ən güclü üçüncü valyutası olub.

İslam Əmirliyi administrasiyası 2021-ci ilin avqustunda Kabili geri aldıqdan sonra iqtisadiyyat sahəsində bir çox maliyyə tədbirləri ilə yanaşı investisiyalara da diqqət ayırıb. Tədbirlərə həmçinin əhalinin ABŞ dolları və Pakistan rupisindən istifadəsinin qarşısının alınması da daxildir.

Əfqanıstanın iqtisadiyyatı İslam Əmirliyinin hakimiyyəti altında bərpa olunmağa davam edir.
Ölkədə korrupsiyanın, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb və bu, iqtisadi göstəricilərə müsbət təsir göstərib.

Oxunma sayı 215