Əfv Komissiyası sabah toplanır

11:51 05.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 6-da Əfv Məsələləri Komissiyasının videoformatda növbəti iclası keçiriləcək.

Hafta.az-ın məlumatına görə, növbəti həftə üçün daha 3 iclasın keçirilməsi nəzərdə tutulub. Bununla da Komissiyanın iclaslarına yekun vurulacaq.


Toplanmış materiallar Əfv Məsələləri Komissiyasının sədri tərəfindən ölkə başçısına təqdim olunacaq.

 

Rəsmi məlumata görə, indiyədək keçirilmiş iclaslarda 500-dən çox müraciətə baxılıb. Müraciətlər müxtəlif kateqoriyaları, o cümlədən ömürlük azadlıqdan məhrum edilmiş şəxsləri əhatə edir.