Pedaqoji elmləri doktoru, professor Yəhya Kərimov bu gün vəfat edib.
Hafta.az xəbər verir ki, bu barədə mərhumun yaxınları bildiriblər.
Yəhya Kərimov 1927-ci ildə Qax rayonunun İlisu kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Şəki Pedaqoji Texnikumuna daxil olub. Orta ixtisas təhsiilini başa vurandan sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləyibr. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnistitutunu bitirib.
1955-ci ildən Elmi Pedaqoji İnistitunun aspiranturasında təhsil alıb, 1958-ci ildən həmin inistitutda kiçik elmi işçi,1961-ci ildən şöbə müdiri işləyibr.1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnistitutunda elmi işlər üzrə direktor müavini, sonra Təhsil Problemləri İnstitutu direktorunun elmi tədqiqat bölümü üzrə müavi işləyib.
Yəhya Kərimov yüzlərcə əsərin,o cümlədən "Savad təlimi", "İbtidai siniflərdə inşalar", "Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri","Əlifba dərsliyinin tətbiqi prinsipləri", "Uşaq məktəbə gedir", "Ana dilinin tədrisi metodikası" və s. monoqrafiyaların müəllifidir.
1959-cu ildən ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi,bütün proqramların redaktoru olub. 1963-cü ildən "Əlifba" dərsliyinin müəllifidir.
"Qabaqcıl maarif xadimi", "Azərbaycanın əməkdar müəllimi" fəxri adlardan sonra ölkə başçısı İlham Əliyevin 26 dekabr 2006-cı il tarixli sərəncamı ilə tanınmış alim Yəhya Kərimov Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Respublika Prezidentinin 13 aprel 2009-cu il tarixli sərəncamına müvafiq olaraq alimə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ayrılıb.
Allah rəhmət eləsin.