Elxan Məmmədov FİFA-nın baş katibi ilə görüşüb

23:26 20.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov qurumun baş katibi Fatma Samura ilə görüşüb.

Hafta.az xəbər verir ki, onlar görüş zamanı Qətərdə keçiriləcək DÇ-2022 ilə bağlı müzakirələr aparıblar.

Qeyd edək ki, Elxan Məmmədov mayın 1-dən FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsini icra edir.

Oxunma sayı 58