Metro Rail Today 2024-cü ilin məlumatlarına əsaslanaraq dünyada ən böyük metro şəbəkəsinə malik ölkələri araşdırıb.
Hafta.az-ın yazdığına görə, araşdırmanın nəticəsi olaraq, ən böyük metro şəbəkəsinə malik ölkələrin siyahısı tərtib edilib. Həmin siyahıdan ilk 15-liyi təqdim edirik:
1. Çində 9827,5 kilometr, 2. ABŞ-da 1386,2 kilometr,, 3. Hindistanda 902,4 kilometr, 4. Cənubi Koreyada 888,6 kilometr, 5. Yaponiyada 816,1 kilometr, 6. Rusiyada 663,7 kilometr, 7. Böyük Britaniyada 640,9 kilometr, 8. İspaniyada 467,3 kilometr, 9. Türkiyədə 391,2 kilometr, 10. Almaniyada 386,8 kilometr, 11. Fransada 379,6 kilometr, 12. Braziliyada 374,3 kilometr, 13. İranda 338,5 kilometr, 14. Meksikada 287,5 kilometr, 15. Sinqapurda 230,0 kilometr.
... Azərbaycanda mövcud metro şəbəkəsinin uzunluğu 40,7 kilometrdir.