Ərdoğan 2022-ci ilin ən uğurlu siyasətçisidir - Kommersant

11:10 05.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Qərb və Şərq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan asılı vəziyyətə düşüb.

Hafta.az bildirir ki, “Kommersant” qəzetinin yazdığına görə, o, Ukraynada müharibə başlayandan indiyədək münaqişə tərəfləri arasında demək olar ki, mübahisəsiz vasitəçi statusunu qoruyub saxladığı üçün 2022-ci ilin ən uğurlu dünya siyasətçisi adlandırıla bilər.

Nəşr qeyd edir ki, Ərdoğan yaranmış vəziyyətdən siyasi və iqtisadi səmərə alır, baxmayaraq ki, o, özü daim sülhə tezliklə nail olmaq lazım olduğunu deyir.

Məqalədə deyilir: “Böhran nə qədər uzun sürərsə, Rusiyaya qarşı bir o qədər çox sanksiyalar tətbiq edilir və Türkiyəyə daha çox fayda gətirir ki, bu da onlardan yan keçməyə kömək edir”.

Siyasət rubrikasından digər xəbərlər