Ermənistan hakimiyyəti sülh prosesini uzatmaqla məşğuldur - Politoloq

17:33 21.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Görünən odur ki, Ermənistan hakimiyyəti sülh prosesini uzatmaqla məşğuldur”.

Bunu hafta.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Paşinyanın “çərçivə sazişi”nə münasibətində bildirib.

“Paşinyan “çərçivə sazişində” nəyi nəzərdə tutduğunu açıqlamayıb. Azərbaycanın mövqeyi isə qətidir və biz qısa müddət ərzində iki ölkə arasında bəlli baza prinsipləri əsasında sülh müqaviləsi imzalamaqda maraqlıyıq. Çünki  sülh müqaviləsinin  imzalanması bölgədə sülh quruculuğu prosesini  xeyli surətdə  intensivləşdirə, bölgədə davamlı sülhün  formalaşması üçün təsir göstərə bilər”.

M.Məmmədli bəyan edib ki, əgər bu gün Ermənistan öhdəlikləri yerinə yetirmirsə, qeyri-konstruktiv mövqe sərgiləyirsə, deməli sülh müqaviləsini bağlamağa hazır deyil.

“Bu olmayacaqsa, baş nazir nəyi “çərçivəyə” almaq istəyir”.

Ermənistanın son iki ildə “status” məsələsini qabartdığını deyən politoloq, Qarabağda yaşayan ermənilərlə bağlı müzakirələrin Azərbaycanın daxili  işi olduğunu deyib. Bunun üçün Ermənistanın vasitəçiliyinə, hansısa yeni beynəlxalq mexanizm yaradılmasına ehtiyac yoxdur.

“Görünən odur ki, Ermənistan hakimiyyəti sülh prosesini uzatmaqla məşğuldur”.

Siyasət rubrikasından digər xəbərlər