Ərzaq məhsullarının qiyməti kəskin bahalaşmaqda davam edir

10:15 14.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Qərbin sanksiyalarının təsiri ilə ən bahalı məhsulların hansı olduğu araşdırılıb. Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatına görə, 2022-ci ilin fevralından 2023-cü ilin fevralına qədər ölkədə məhsul və xidmətlərin qiymətlərində 10,99 faiz artım qeydə alınıb.

Hafta.az-ın “Komsomolskaya Pravda”ya istinadən yazdığına görə, bu dövrdə ərzaq inflyasiyası 9,57 faiz təşkil edib. Ötən il ölkədə kartof, kələm, çuğundur, eləcə də taxıl məhsullarında rekord artım qeydə alınıb. Bir il ərzində meyvə-tərəvəz 3,5, ət 3,3 faiz, toyuq əti isə 2,4 faiz bahalaşıb.

Qeyri-ərzaq məhsullarında ən yüksək qiymət artımı 27,4 faizlə yuyucu vasitələrdə qeydə alınıb.

Dərman 10,9 faiz bahalaşdığı halda, benzin 0,19 faiz ucuzlaşıb. Bu dövrdə Rusiyada xidmət qiymətləri orta hesabla 13 faiz artıb. Oteldə yerləşmə qiymətləri bir ildə 5 faiz, teatr və muzey biletləri isə 4 faiz artıb. Ev təsərrüfatlarında elektrik enerjisi 13,5 faiz, istilik, isti və soyuq su 14 faiz artıb.