Estoniya və Latviya Müdafiə Nazirliyinin rəhbəri Hanno Pevkur və İnara Murniece Almaniyanın müdafiə naziri Boris Pistorius ilə Avropa İttifaqının (Aİ) hava hücumundan müdafiə sistemi, Avropa Göy Qalxanı Təşəbbüsünə (ESSI) qoşulmaq planlarına dair məramnamə imzalayıblar. Bu barədə Almaniyanın müdafiə şirkəti Diehl Defence məlumat yayıb.
Bundan əlavə, Estoniya və Latviya şirkətlə IRIS-T SLM orta mənzilli hava hücumundan müdafiə sistemlərinin alınması üçün çərçivə sazişi imzalayıb. Qeyd olunur ki, hər iki ölkə üçün bu, müdafiə sahəsinə ən böyük investisiyadır.
Estoniya Müdafiə İnvestisiya Mərkəzinin (ECDI) baş direktoru Maqnus-Valdemar Saar bildirib ki, şiddətli rəqabət şəraitində satınalmalar rekord sürətlə həyata keçirilib. Onun sözlərinə görə, bu, ən qısa müddətdə və çox sərfəli qiymətə lazımi imkanları təmin etməyə imkan verib.