Estoniyanın baş naziri Kaja Kallas, əri Arvo Hallikin də iştirak etdiyi sanksiya mallarının Rusiyaya satışı ilə bağlı qalmaqaldan sonra könüllü istefa verməkdən imtina edib.
“Mən könüllü olaraq baş nazir postunu tərk etməyəcəyəm. Mənim bir təklifim var: qoy müxalifət etimadsızlıq səsverməsi təşəbbüsü ilə çıxış etsin və əgər onlar çoxluğu mənim istefamı dəstəkləməyə inandıra bilsələr, bu, ən azı konstitusiya və hüquqi sənəd olacaq”.
Baş nazir emosiyalar üzərində təzyiqi və əsəblərini itirəcəyi gözləntisini qanun çərçivəsində olmayan bir yol adlandırıb. Parlamentin etimadsızlıq votumu keçirməsi üçün 101 deputatdan ən azı 51-nin səsini toplamaq lazımdır. Eyni zamanda, hakim koalisiyanın 60 mandatı var.
Bundan əvvəl Estoniya prezidenti Alar Karis qalmaqalın lap əvvəlində Kallasa istefa verməyi tövsiyə etmişdi. O qeyd edib ki, belə bir addım baş naziri və onun ailəsini, hökumətin səmərəliliyini və dövlətə beynəlxalq etimadı xilas edəcək.