Evdən oğurluq edən şəxs saxlanılıb

17:29 21.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçu rayonunda oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində 11 ədəd radiator, 14 ədəd su diyircəyi (kran) və çilçıraq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Əliyev saxlanılıb.