Formula 1 komandalarının hamısı artıq Bakıdadır

12:26 08.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022 Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək bütün komandalar artıq Bakıdadır.

Bu barədə hafta.az-a Bakı Şəhər Halqasından məlumat verilib.

Komandalar hazırda Paddokda yerləşən qarajlarında yarışa hazırlıq görürlər. Formula 1 pilotlarlarının da bu gün ərzində şəhərimizə gəlişi gözlənilir.

Qeyd edək ki, yarışlarda 10 komanda iştirak edir. Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.

Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada tribunalarda 16700 oturacaq quraşdırılıb.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.