Formula 1 üzrə dördqat dünya çempionu karyerasını bitirir

17:37 28.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyalı Formula 1 pilotu, dördqat dünya çempionu Sebastyan Fettel bu mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb.

Hafta.az-ın məlumatına görə, bu barədə "Aston Martin" komandasının mətbuat xidməti bildirib.

35 yaşlı pilot 2007-ci ildən bəri Formula 1 dünya çempionatına iştirak edir.

O, 2010-2013-cü illərdə "Red Bull" komandasının tərkibində dörd dəfə dünya çempionu adını qazanıb.