Formula 1 üzrə Rusiya Qran-prisi ləğv edilib

17:03 25.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Formula 1 üzrə 2022-ci il Rusiya Qran-prisi ləğv edilib.

Hafta.az-ın məlumatına görə, bu barədə Formula 1-in bəyanatında deyilir.

Qeyd olunur ki, qərar Rusiyanın Ukrayna ərazisində keçirdiyi hərbi əməliyyatlarla əlaqədar verilib.

Rusiya Qran-prisi sentyabrın 25-də Soçidə keçirilməli idi. Həmin tarixdə Formula 1 mərhələsinin Türkiyədə keçirilməsi gözlənilir.

Qeyd edək ki, bu gün, həmçinin UEFA Çempionlar Liqasının builki finalının təşkilini Sankt-Peterbuqradan alaraq Parisə vermişdi.