Fransa Ermənistana "yox" dedi

12:08 22.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fransa Sünik (Qərbi Zəngəzur) vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanı ekstradisiya etməkdən imtina edib, bu barədə Sputnik Ermənistan-a Ermənistan Baş Prokurorluğundan məlumat verilib.

İlkin araşdırma zamanı Xaçatryanın Fransada olması barədə məlumat əldə edilib. Onun ekstradisiyası üçün Parisə sorğu göndərilib.

Oktyabrın sonunda Fransa Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyi vasitəsilə Ermənistanın hüquq-mühafizə orqanlarına iyunun 29-da Fransa məhkəmə orqanlarının İrəvanın müraciətinə mənfi rəy verdiyi barədə məlumat verib.

Bu qərar Ekstradisiya haqqında Avropa Konvensiyasına əsaslanır – “aidiyyəti şəxs üçün ekstradisiya son dərəcə çətin nəticələrə səbəb ola bilər”.

Bundan əvvəl məlum olub ki, Ermənistan Baş Prokurorluğu Sünik vilayətinin keçmiş qubernatoru Surik Xaçatryan və onunla əlaqəli şəxslərdən təxminən 19,1 milyard dram (47 milyon dollardan çox) müsadirə etmək istəyir.

Siyasət rubrikasından digər xəbərlər