Yazını böyüt
Yazını kiçilt
Avro-2024-ün seçmə mərhələsində Cəbəllütariqlə matç Fransa yığmasının hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
Hafta.az xəbər verir ki, o, görüşdə (14:0) het-trik etməklə karyerasında 300-cü qolunu vurub.
Mbappe bunu 24 yaşında bacarıb. Lionel Messi, Kriştiano Ronaldo və Neymar isə 300 qol həddinə 25 yaşında çatıblar. O, həm də milli komandanın heyətində 46-cı qolunu vurub və komandanın bombardirləri siyahısında 3-cü yerə yüksəlib.