Rusiya Federal Təhlükəsizlik Xidməti (FTB) ölkənin ən məşhur restoran şəbəkələrindən olan “White Rabbit”də “xərçəng yoxlaması” keçirib.
Hafta.az-ın “TASS”a istinadən yazdığına görə, Moskvada aparılan yoxlama zamanı 8 ton qanunsuz xərçəng müsadirə edilib.
Agentlik qaçaqmalçılıq yolu ilə gətirilən xərçənglərə görə dövlətə dəyən zərərin 50 milyon rubl (530 min dollar) civarında olduğunu bildirir.
Səlahiyyətlilər bildirirlər ki, restoranların xərçəngkimi alışları “Merkuriy” federal informasiya sistemi tərəfindən yoxlanılmalıdır və bu yoxlamadan kənar xərçənglərin tədarükü qanunsuz sayılır.
Məşhur aşpaz Vladimir Muxinin əsəri olan “White Rabbit” Rusiyada Mişlin ulduzu alan ilk restoranlardan biridir. Bu yaxınlarda restoran dünya restoratorları arasında özünə yer tapıb.