Yazını böyüt
Yazını kiçilt
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbolda bir matç ərzidə 5 dəyişiklik qaydasını daimi əsasda təsdiq edib.
Bu barədə təşkilatın mətbuat xidməti bildirib.
Bundan başqa, IFAB futbolda ofsaydın avtomatik müəyyən olunması qaydaları üzərində işlədiyini açıqlayıb.
Qeyd edək ki, 2020-ci ildə koronavirus pandemiyası zamanı beynəlxalq futbol təqvimində sıxlıq yarandığı üçün beynəlxalq federasiyalar əvəzetmə sayını üçdən beşədək artırılması barədə razılığa gəlmişdi.
Bu qayda bir müddət eksperimental şəkildə tətbiq olunduqdan sonra daimi əsasda qüvvəyə minib.