Gəncə sakinindən tapança və “Preqbalin” həbləri götürülüb

22:51 25.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhər sakini Ə.İsgəndərlidən tapança, 4 ədəd "Preqbalin" həbi və 2 ədəd metadon aşkar edilərək götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a məlumat verilib.

Belə ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Ə.İsgəndərlidən nömrəsiz "Naqan" markalı tapança, 4 ədəd "Preqbalin" həbi və 2 ədəd metadon aşkar edilərək götürülüb.