Gəncədə 3 avtobusun yolu dəyişdirilir

23:49 07.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə 3 marşrut avtobusunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bu barədəə hafta.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat veriib.

Bildirilib ki, III MDB Oyunlarının bağlanış mərasimi ilə əlaqədar oktyabrın 8-də Gəncə Şəhər Stadionu və ətraf ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət təbiq ediləcək.

Belə ki, məhdudiyyət səbəbindən Atatürk prospektində fəaliyyət göstərən 6 və 7 nömrəli marşrut avtobuslarının hərəkəti Heydər Əliyev prospekti ilə təşkil ediləcək. 12 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Bilal Qəhərəmanov küçəsi təyin olunacaq.