Gəncədə 3 yaşlı oğlan hovuzda boğulub

20:12 26.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə azyaşlı faciəli şəkildə ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün günorta saatlarında şəhərin Cavadxan qəsəbəsində 2016 ci il təvəllüdlü Ümid İsmayılov Rövşən oğlu həyətdəki su hovuzuna düşüb.

Az yaşlı dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.