Yazını böyüt
Yazını kiçilt
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 10 fakt üzrə siqaretlərin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən hafta.az-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda yük nəqliyyat vasitələri saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən ümumilikdə 21 min 200 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.