Güləşçilərimiz Albaniyada 2 medal qazanıblar

12:16 15.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Albaniyanın paytaxtı Tiranada güləş üzrə beynəlxalq turnir keçirilib.

Hafta.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, mayın 12-də start götürən yarış 4 gün davam edib. Turnirdə ölkəmizi sərbəst güləş üzrə yığmamızın 2 üzvü, uzun müddət zədə üzündən yarışlarda iştirak edə bilməyən Xadjimurad Qadjiyev (74 kq) və Vaxit Qalayev (125 kq) təmsil ediblər.

X.Qadjiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. V.Qalayev isə bürünc medal qazanıb.

Oxunma sayı 30