Gürcüstan danışıqların aparılması üçün əsas plasdarmdır - Politoloq

15:27 10.01.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“2023-cü ildə Azərbaycan üçün əsas məsələ Zəngəzur dəhlizinin açılması, Ermənistanla sülh müqaviləsi və Xankəndində Azərbaycanın suverenliyinin bərpa edilməsidir ki, bu istiqamətdə mühüm addımlar atılmaqdadır”.

Bunu hafta.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə 2023-də Qarabağla bağlı Azərbaycanın qarşısında dayanan əsas hədəflərə diqqət çəkərkən bildirib.

M.Əsədullazadə bildirib ki, nə Rusiya, nə də Ermənistan tərəfi Laçın-Xankəndi yolunda keçirilən aksiyalarda real addımlar atmır. Onun fikrincə, Azərbaycan bu proseslərə Laçın yolunda nəzarət post-patrul xidmətləri yaratmaqla cavab verə bilər.

“Bu mövqedən qəti şəkildə geri çəkilmək olmaz. Danışıqlar prosesi dalana dirənib. Ermənistan tərəfi təxribatlara əl atır və bölgədə müharibə yarada bilər”.

Ekspert hesab edir ki, ABŞ ikitərəfli danışıqlarda əsas vasitəçi olacaq və çalışacaq ki, tərəflər arasında görüşlər Tiflisdə keçirilsin.

“Gürcüstan danışıqların aparılması üçün əsas plasdarmdır və Ermənistan tərəfi də buna razılıq verə bilər”.

Siyasət rubrikasından digər xəbərlər