Həftənin İSTEFASI - Həftə-reytinq

11:43 17.02.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.  Xatırladaq ki, hazırda AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimovdur. Qurumun nizamnaməsinə əsasən, müvəqqəti idarəçilik birinci vitse-prezidentin səlahiyyətindədir.

 

Həftənin CƏRİMƏLİSİ

Bakıda qəza törədən Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıkov cərimələnib. Nəcməddin Sadıkov idarə etdiyi 90-AS-020 nömrəli "Toyota Land Cruiser" markalı avtomobillə yanvarın 7-də qəza törədib. Yol-nəqliyyat hadisəsi nəticəsində N.Sadıkov hadisə üzrə təqsirli bilinib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə protokol tərtib olunub. Digər nəqliyyat vasitəsində dəymiş ziyan ödənilib. Nəcməddin Sadıkov barəsində tərtib olunmuş cəriməni ödəyib. Qeyd edək ki, bu maddə üzrə təqsirli bilinən şəxs 40 manat cərimə edilir.

 

Həftənin KORONALISI

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. O, bu barədə "Twitter"də paylaşım edib. Çavuşoğlu qeyd edib ki, koronavirus testinin nəticəsi pozitivdir. Nazir xəstəliyi yüngül formada keçirdiyini vurğulayıb. O, fəaliyyətinə evdən davam edəcəyini əlavə edib.

 

Həftənin STATİSTİKASI

Azərbaycan vətəndaşları Ermənistanda azı 6 daşınmaz əmlaka sahibdir. Bu barədə məlumatı “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq ölkənin Kadastr Komitəsi verib. “2010-2021-ci illərdə Ermənistanda ümumi olaraq 71 Türkiyə, 6 Azərbaycan vətəndaşı tərəfindən daşınmaz əmlak hüququnun qeydiyyatı həyata keçirilib”, - deyə məlumatda qeyd olunub. Komitə bildirib ki, Azərbaycan vətəndaşları Ermənistanda 2012-ci ildə 2 ədəd, 2018 və 2019-cu illərdə 1 mənzil alıb. Daha bir mənzil isə 2012-ci ildə Azərbaycan vətəndaşına pay olaraq verilib. Bununla yanaşı, digər bir ölkə vətəndaşı ictimai əhəmiyyətli obyekt alıb.

 

Həftənin NAMİZƏDİ

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar ölkə prezidentliyinə namizəd olub. Bu barədə məlumatı Türkmənistanın “Salam News” portalı yayıb. Məlumata görə, Türkmənistanın Demokratik Partiyasının növbədənkənar toplantısı keçirilib. Toplantının gündəliyinə əsasən, Baş nazirin müavini Sərdar Berdıməhəmmədovun prezidentliyə namizədliyi irəli sürülüb.

 

Həftənin CİNAYƏTKARI

“Qısa müddət ərzində Araik Arutyunyanın tutularaq istintaqa təqdim edilməsi və məhkəməyə çıxarılması təmin ediləcək”. Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib. O bildirib ki, 2020-ci il Gəncədə əhalinin sıx məskunlaşdığı əraziyə edilmiş terror hücumlarına görə məsuliyyəti Arutyunyan öz üzərinə götürüb.

Oxunma sayı 102