Həftənin BƏYANATI - Həftə-reytinq

10:30 10.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

"Rusiya Prezidenti Vladimir Putin heç vaxt Ukraynanı ələ keçirə bilməyəcək". Bu barədə ABŞ Prezidenti Cozef Bayden videomüraciətində deyib.  "Ukrayna heç vaxt Putin tərəfindən tutulmayacaq. O, bir şəhəri tuta bilər, amma bütün ölkəni tuta bilməz", - deyə Bayden bildirib.  Eyni zamanda Bayden ABŞ Konqresini Ukraynaya dəstək üçün 12 milyard dollarlıq paket qəbul etməyə çağırıb.

 

Həftənin ÇAĞIRIŞI

Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnı ölkə vətəndaşlarını Ukraynadakı müharibəyə qarşı hər gün etiraz aksiyası keçirməyə çağırıb. Bu barədə məlumatı “Frans Press” agentliyi yayıb.

 

Həftənin MÜRACİƏTİ

“Döyüşçülərimizə əmr verin ki, Xarkovu, Kiyevi və bütün digər şəhərləri tez, aydın, səmərəli şəkildə ələ keçirsinlər”. Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinə müraciətində deyib. O, özünü Putinin əsgəri saydığını bildirib: “Cənab Prezident, dəfələrlə demişəm ki, mən sizin piyada əsgərinizəm, sizə görə canımı verməyə hazıram. Əsgərlərimizin, döyüşçülərimizin necə öldüyünü seyr edə bilmirəm. Sizdən xahiş edirəm ki, hər şeyə göz yumun və orada baş verənləri bir-iki günə bir anda bitirsinlər. Yalnız bu, dövlətimizi və xalqımızı xilas edəcək. Bu, mənim əmin fikrimdir”.

 

Həftənin QALİBİ

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir. Yarışın 2-ci günündə yunan-Roma güləşi üzrə millimizin son 2 üzvü mübarizəyə qoşulub. Nihat Məmmədli (60 kq) 1/4 finalda macar Kriştian Keçkemetiylə qarşılaşıb. Titullu güləşçimiz rəqibini 5:1 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Məmmədli finala vəsiqə uğrunda erməni Tiqran Minasyanla qarşılaşıb. Rəqibinə 9:0 hesabı ilə qalib gələn Nihat finala yüksəlib.

 

Həftənin MƏRHUMU

Rusiyanın İrpin şəhərini atəşə tutması nəticəsində məşhur ukraynalı aktyor Paşa Li ölüb. Məlumata görə, 33 yaşlı aktyor vətəninin müdafiəsi üçün könüllülər sırasına qoşulmuşdu. Onun aldığı güllə yarasından öldüyü bildirilir. Qeyd edək ki, Paşa Li “Adit”, “Unudulmuş əcdadların kölgələri”, “Sinif yoldaşlarının görüşü” və digər filmlərdəki rolları ilə tanınırdı.

 

Həftənin MÜĞƏNNİSİ

“Billboard Women in Music Awards”ın builki qalibi məlum olub. Əsas mükafatı amerikalı aktrisa, müğənni və bəstəkar müğənni Olivia Isabelle Rodriqo qazanıb. Bundan əlavə, Bonni Rayt ilin ikonası, Qabbi Barret isə əsas yüksələn ulduz kimi tanınıb. Müğənni Cennifer Lopez musiqi sənayesinə xidmətlərinə görə ilin ikonası, kantri müğənnisi Dolli Parton isə 2020-ci ilin əsas hitmeykeri hesab edilib.

Oxunma sayı 64