Yazını böyüt
Yazını kiçilt
İsrail polisi ölkənin şimalındakı Eliakim Hərbi Bazasından oğurlanan tankı bölgədəki metal qırıntılar anbarında tapıb.
Hafta.az-ın yazdığına görə, İsrail polisi tankın yanında polis maşınının onun görüntülərini də paylaşıb. Oğurluq hadisəsi ilə bağlı polisin ordu ilə birgə istintaqa başladığı açıqlanıb.
İsrail ordusunun sözçüsü tərəfindən verilən açıqlamada şassiləri qırıntı anbarında tapılan “Merkava MK2” tipli tankın uzun illər boş vəziyyətdə qaldığı bildirilib. Tankda silah olmadığı və sistemlərinin işləmədiyi bildirilib. Tankın əsgərlərin hədəf atma təcrübəsində stasionar vasitə kimi istifadə edildiyi deyilib.
Tank yenidən orduya qaytarılıb və hadisə ilə bağlı hərbi istintaq gedir.