Hərracda 14 dövlət əmlakı satılıb

12:57 05.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 4-də növbəti hərrac keçirilib. Hərracda 1 obyekt, 13 nəqliyyat vasitəsi özəlləşdirilib.

Dövlət Xidmətindən hafta.az-a verilən məlumata görə, özəlləşdirilən obyekt Ağsu rayonunda yerləşən qeyri-yaşayış binasıdır.

Nəqliyyat vasitələrinin hərracına maraq böyük olub və bəzi avtomobillər rəqabətli şəkildə satılıb. Satılan avtomobillər əsasən Rusiya istehsalıdır və buraxılış tarixi 1995-2013 illər arasında dəyişir.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/sKmjK)

Məlumat üçün bildiririk ki, bu ay üzrə növbəti hərraclar 11, 18, 25 oktyabr tarixlərində keçiriləcək.

Oxunma sayı 1869