Yazını böyüt
Yazını kiçilt
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzinə 173 və 175 nömrəli tam orta məktəblərin şagirdləri ekskursiya təşkil ediblər.
Baş İdarədən hafta.az-a bildirilib ki, məktəblilər mərkəzin “Muzey” və “Kitabxana - informasiya” bölməsi ilə tanış olublar.
Mərkəzin bələdçiləri tərəfindən şagirdlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.