Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı olmaqla yanaşı, hər bir ölkə vətəndaşının həyatında silinməz izlər qoyub. Təməlini atdığı qalib Azərbaycana, qalib xalq olmağımıza aparan Zəfər yolu ilə. Sarsılmaz iradəsi, uzaqgörən siyasəti və qətiyyəti ilə. Müsahibimiz professor, ictimai-siyasi xadim, əməkdar elm xadimi Şahlar Əsgərovdur:
- Şahlar müəllim, Ulu Öndərlə çox yaxın ünsiyyətdə olan biri kimi sizin xatirələrinizdəki Heydər Əliyev fenomenini sizdən eşitmək maraqlı olardı...
- Mənim xatirimdə Heydər Əliyev dahi, tarixi şəxsiyyət, planetar düşüncəli vətən övladı kimi qalır. Sanki o yer adamı deyildir.
- Heydər Əliyevin xalqın səsinə səs verərək hakimiyyətə ikinci dəfə qayıdışı və həmin dövrdə ölkədəki mövcud ictimai-siyasi vəziyyətə qısa ekskursiya etsək, Ulu Öndərin gəlişi həyatımızda nələri dəyişdi?
- Ulu öndərin gəlişinə qədər, müstəqilliyin itrilməsinin ehtimalı yüksək idi. Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı müstəqqilliyin qorunmasına əminliyi artırdı. Nəicədə müstəqil dövlət quruldu. Heydər Əliyev təkrarçılığı sevməzdi. Ancaq “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və sarsılmazdır” fikrini dəfələrə təkrar etdi.
- Sizin də imzanızla Ulu Öndərə ünvanlanan həmin məşhur müraciətin edilməsi haqqında danışaq...
- 91-lərin məktubunda Azərbaycanın bütün sahələrdə böhrana düşdüyü qeyd edilirdi. Ulu öndər bunları bilirdi. Ancaq problemin həllindən kənar qalmışdı. Bakıya gəlişinə həm lokal, həm dı qlobal mənada qadağa var idi. Ulu öndər 20.07.90 cə ildə gizli yolla Bakıya gəldi. Ancaq yeri hakimiyyət ona iki gün icazə vermədilər ki, Bakıda qalsın. Məcburən iki gündən sonra poçt təyyarəsi ilə Naxçıvana uçmalı oldi. Z.Bünyatovum, S. Təbrizlinin, Xəlil Rza Ulurürkün, M.Ələsgərovin, H.Mirzəyevin, və digər onlarla tanınmış ziyalıların məktubu qadağa zəncirini qırdı.
- Heydər Əliyevlə bağlı ən çox yadınızda qalan xatirəniz hansıdır?
- Ən çox yadımda qalan xatirə 2002 ilin Mayın 28 də Əbədi Məşəl abidəsinin ətrafənda ayaq üstü 5 dəqiqəlik söhbətim oldu.
- Ulu Öndərin istər sadə vətəndaşlarla, istərsə də tanınmış şəxslərlə ünsiyyəti daim özünün unikallığı, səmimiliyi ilə seçilib. Sizcə bunu sirri nədə idi?
- Vətəninə sevgisində və bir də ailəyə bağlılığında idi. Hesab edirəm ki Heydər Əliyevin dalbadal, hər gün qazandığı uğurlar ailə ocağından qidalanırdı. O hər gün bu ocağdan qidalanaraq yeni enerji ilə Azərbaycan Dövlətini qururdu.
- Heydər Əliyev Azərbaycan təhsilinin inkişafını necə görürdü? Bu barədə onunla müzakirələrinizdə hansı məqamlara toxunurdu?
- Ulu öndərlə Əbədi Məşəl abidəsi ətrafında ayaq üstu söhbətimdə Fatmanı (Fatma Abdullazədini) çağırdı və göstəriş verdi ki, Sahlar Əsgərov və Murtuz Ələsgərovla onun görüşünü təşkil etsin. Ancaq bu görüş baş tutmadı. Tutsa idi təhsil qanunu fərqli bir qanun olardı.